“Kəpəz” son anda Qəbələyə gələ bilməyəcəyini dedi”

2.01.2024 14:50 268
Premyer-liqa / Manşet
“Kəpəz”lə “Araz-Naxçıvan” arasında Qəbələdə keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyunu ilə bağlı razılıq əldə olunmayıb.

Gəncə klubunun mətbuat xidməti bunu tərəflərin oyunun yeri ilə bağlı anlaşa bilməməsiylə izah edib. “Football-plus.az” olaraq, məsələ barədə daha ətraflı məlumat almaq üçün “Araz-Naxçıvan”ın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovla danışdıq:
“Əslində biz “Kəpəz”lə Qəbələdə oynamaqla bağlı razılaşmışdıq. Onlar son anda Qəbələyə gələ bilməyəcəklərini dedilər və rəqib dəyişdi”.


MİRKAMAL KAZIMZADƏ