“Kəpəz” – “Zirə” oyunu hansı stadionda keçiriləcək?

10.10.2023 19:51 340
Premyer-liqa / Manşet
Prezident İlham Əliyevin Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı sərəncam imzaladığını yazmışdıq.

“Kəpəz” üçün stadion tikintisinin başlamasına ancaq sevinmək olar. Bəs komanda növbəti ev oyunlarını harda keçirəcək? Görəsən, “sarı-göylər” Misli premyer-liqasının 10-cu turunda – oktyabrın 21-də “Zirə”ni harda qəbul edəcək?

Bu sualı klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayevə ünvanladıq. Onun “Football-plus.az”a söylədikləri:

“Bilindiyi kimi, yeni layihə irimiqyaslıdı. Çox güman, uzun çəkəcək. Hələ ki ev oyunlarını məhz öz stadionumuzda keçirmək ehtimalını dəyərləndiririk. Lazımi təhlükəsizlik qaydalarına riayət etməklə mümkündü. İkinci ehtimal isə, daha əvvəl dediyim kimi, Tovuz şəhər stadionuna köçməkdi. “Turan Tovuz”la ilk danışığımızda bizə “xoş gəlirsiz, buyurun, gəlin” deyiblər. Ümumiyyətlə, hələ ki bu məsələlər dəqiqləşməyib”.

KƏNAN BAHADIR