“Ayntraxt” Lukas Alario ilə yolları ayırıb.
"Football-plus.az" xəbər verir ki, argentinalı futbolçu “İnternasyonal”a keçib. Bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.
“İnternasyonal” bu transferə görə Frankfurt klubuna 3 milyon avro ödəyib. Hücumçu yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
Xatırladaq ki, Alario “Ayntraxt”a 2022-ci ilin yayında “Bayer-04”dən keçmişdi.