PSJ-nin futbolçusu Almaniya klubunda

22.08.2022 15:40 358
Dünya futbolu
Almaniyanın "Ayntraxt" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Frankfurt təmsilçisi PSJ-yarımmüdafiəçisi Erik Junyor Dinanı transfer edib. Bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu 2022/2023 mövsümünü icarə əsasında "Ayntraxt"da keçirəcək. Almaniya klubu fransalı dayaq yarımmüdafiəçisini birdəfəlik transfer etmək hüququna sahibdir.

PSJ Erik Junyor Dinanı 2021-ci ilin yayından "Dijon"dan transfer edib. O, Paris təmsilçisinin heyətindı meydana çıxdığı 14 matçda 1 qol ötürməsi ilə yadda qalıb.