Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniya “Eqnatiya”sı yeni mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.
"Football-plus.az" xəbər verir ki, rəqib İtaliya nəhəngi "İnter" olub. Milanda oynanılan görüş "İnter"in 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Vüsal İsgəndrəli matçın 75-ci dəqiqəsində - komandası hesabda 2:1 irəli olan zaman meydana daxil olub.
13 avqust
Yoxlama oyunu
"İnter" (İtaliya) - "Eqnatiya" (Albaniya) - 4:2
Qollar: Dvamena, 6 (0:1), Barella, 55 (1:1), Medeyros, 68-pen. (1:2), Martinez, 80 (2:2), 82-pen. (3:2), Stabile, 90 (4:2)