Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də çıxış etdiyi Albaniya "Eqnatiya" bu gün Konfrans Liqasının 1-ci təsnifat mərhələsində cavab oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, komanda ilk görüşdə səfərdə 1:1 hesablı heç-heçə etdiyi "Ararat" ilə üz-üzə gəlib. Matç Bakı vaxtı ilə saat 22.00-da başlayıb.
Futbolçumuz komandanın start heyətində yer alıb. O, ilk dəqiqələrdən meydanda olub. Həmyerlimiz görüşün 62-ci dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, bu ay "Eqnatiya"ya keçən V.İsgəndərli "Ararat" ilə ilk oyuna ehtiyat oyunçular skamyasında başlayıb O, 59-cu dəqiqədə meydana daxil olub.
22.00. "Eqnatiya" - "Ararat" 4:4 pen. 2:4