“Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslai nir müddət oynaya bilməyəcək.
Premyer-liqanın “Nyukasl” ilə matçında (4:2) zədə alan futbolçu ən azı 2 oyunda komandasına kömək edə bilməyəcək. Bunu baş məşqçi Yürgen Klopp klubun rəsmi saytına açıqlamasında bildirib.
“Liverpul” yanvarın 7-də İngiltərə kubokunun 1/32 finalında “Arsenal”la, yanvarın 10-da isə Liqa kubokunun ilk yarımfinal matçında “Fulhem”lə qarşılaşacaq.