İngiltərə Futbol Assosiasiyası (İFA) Yürgen Kloppu cəzalandırıb.
"Football-plus.az" xəbər verir ki, buna “Liverpul”un baş məşqçisinin premyer-liqanın 11-ci turunun “Mançester Siti” ilə matçında (1:0) hakim Entoni Teylorun üstünə qışqırması səbəb olub. Klopp 86-cı dəqiqədə Məhəmməd Salaha qarşı kobud oyuna görə qəzəblənmişdi. O, referiyə qışqırmış, Teylor isə alman çalışdırıcıya qırmızı vərəqə göstərmişdi.
Kloppa 1 oyunluq cəza kəsən İFA onu 30 min funt sterlinq məbləğində cərimələməyi də lazım bilib. Baş məşqçi ölkə çempionatının 15-ci turunun “Sauthempton”la bu gün keçiriləcək matçında komandasına hər hansı göstəriş verə bilməyəcək.