Neymarın 2017-ci ildə “Barselona”dan PSJ-yə transferi şübhəyə səbəb olub.
Fransanın hüquq-mühafizə orqanları bu keçidlə bağlı araşdırmaya başlayıb. Yerli mənbələrin məlumatına görə, PSJ rəhbərliyi Neymarı 222 milyon avroya transfer edərkən vergi güzəştləri əldə etmək üçün Fransa rəsmilərinə rüşvət verməkdə şübhəli bilinir. Qeyd edək ki, bu transfer futbol tarixinə ən bahalı keçid kimi düşüb.
Neymar PSJ-də 2017-23-cü illərdə çıxış edib. O, bu komandada bütün turnirlərdə 173 oyun keçirib və 118 qol vurub. Braziliyalı hazırda “Əl-Hilal”da çıxış edir.