PSJ Neymarın transfer tələblərini aşağı saldı

6.01.2023 19:38 247
Dünya futbolu
PSJ hücumçusu Neymar üçün transfer tələblərini azaldıb.

Football-plus.az xəbər verir ki, daha öncədən bildirilirdi ki, parislilər braziliyalı ilə 100 milyon avroya ayrılmağa hazırdı. Lakin klub tələbləri aşağı salmaq qərarına gəlib və indi Neymarı 50-60 milyon avroya satmaq niyyətindədi. Rəhbərlik futbolçunun transferindən qazanc əldə etməyi deyil, maaşları azaltmağı qarşısına məqsəd qoyub.