Neymarın bu yay PSJ-ni tərk edə biləcəyi haqda xəbərlər səngimir.
Braziliyalı hücumçu karyerasını İtaliyada davam etdirə bilər. “As” qəzetinin yaydığı xəbərə görə, “Yuventus” artıq 30 yaşlı futbolçunun nümayəndələri ilə danışıqlara başlayıb. Neymarın Parisdəki gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır. PSJ rəhbərliyi yeni mövsüm üçün məvacib ödənişi cədvəlində azalma üçün onu satmağı zəruri sayır.
İddiaya görə, “Yuventus” illik maaşı 30 milyon avro olan braziliyalını transfer etmək istəyir. Xatırladaq ki, Neymar PSJ-də 2017-ci ildən çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.