Devid Moyesin “Vest Hem”i daha uzun müddət çalışdırmaq imkanı var.
“Football-plus.az” xəbər verir ki, təcrübəli mütəxəssis rəhbərliyin yeni təklifini qəbul edib. Tərəflərin tezliklə əməkdaşlığın müddətini 2026-cı ilin yayına qədər artırması gözlənilir. 60 yaşlı şotlandın hazırkı müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Moyes paytaxt komandasında ikinci fəaliyyət dövrünü keçirir. “Çəkicdöyənlər”i ilk dəfə 2017/18 mövsümündə çalışdıran məşqçi komandaya növbəti dəfə 2019-cu ildə təyinat alıb. “Vest Hem” ötən mövsüm onun başçılığı altında Konfrans Liqasının qalibi olub.