Devid Moyes ilə bağlı şayiələrə son qoyulub.
"Football-plus.az" xəbər verir ki, o, “Vest Hem”i növbəti mövsümdə də çalışdıracaq.
Yerli mənbələr son mövsümdə komandanın premyer-liqadakı yerini çətinliklə qorumasına görə şotland çalışdırıcının istefaya göndəriləcəyini iddia edirdi. Lakin rəhbərlik “Vest Hem”i Konfrans Liqasında qələbəyə daşıyan Moyesin daha bir il postunda qalmasını lazım bilib.
Yeri gəlmişkən, Xose Luis Mendilibarla bağlı söz-söhbətə də son qoyulub. Baş məşqçi vəzifəsinə fevralda təyinat alan mütəxəssisin müqvailəsinin müddəti mövsümün sonuna qədər nəzərdə tutulmuşdu. “Sevilya” ilə Avropa Liqasında qalib gələn Mendilibarla əməkdaşlığın müddəti birilliyə artırılıb.