İngiltərə çempionu ilə yenidən anlaşdı

29.07.2023 20:52 219
Dünya futbolu
“Mançester Siti” aparıcı oyunçularından biri ilə yenidən anlaşıb.

"Football-plus.az" xəbər verir ki, Natan Ake rəhbərliyin yeni təklifini qəbul edib. Niderlandlı müdafiəçi ilə imzalanan müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

28 yaşlı Natan İngiltərə çempionunun formasını 2020-ci ildən geyir. O, premyer-liqanın son mövsümündə 26 oyuna 1 qol vurub.