İspaniya klubu ilə yenidən anlaşdı

6.07.2023 21:30 278
Dünya futbolu
Manuel Pelleqrini “Betis”i daha uzun müddət çalışdıracaq.

“Football-plus.az” xəbər verir ki, çilili mütəxəssis İspaniya klubu ilə müqaviləsinin müddətini 2026-cı ilin yayına qədər artırıb. 69 yaşlı baş məşqçi sevilyalıları 2020-ci ildən çalışdırır. O, komandanı İspaniya klubokunun 2021/22 mövsümündə qələbəyə daşıyıb.

Pelleqrininin komandası La Liqada sonuncu mövsümü 6-cı yerdə başa vurmaqla Avropa Liqasında çıxış etmək hüququ qazanıb.