“Goal.com” Alonsonu seçdi

3.01.2024 23:52 207
Dünya futbolu
“Goal.com” portalı Avropanın milli çempionatlarında cari mövsümün ilk yarısının ən yaxşı məşqçisini seçib.

"Football-plus.az" xəbər verir ki, saytın əməkdaşları Xabi Alonsoya üstünlük veriblər.

İspaniyalı mütəxəssisin çalışdırdığı “Bayer-04” hazırda Almaniya çempionatında liderdi. “Goal.com”un tərtib etdiyi reytinq cədvəlində 2-ci yeri “Aston Villa”nı çalışdıran Unay Emeri tutur. 3-cü pilləyə isə “Jirona”nın baş məşqçisi Miçel layiq bilinib.