İngiltərə klubunda ciddi itki

2.10.2023 00:02 164
Dünya futbolu
“Nyukasl” aparıcı oyunçularından birini itirib.

"Football-plus.az" xəbər verir ki, Harvi Barns uzun müddət futbol oynaya bilməyəcək. İngilis yarımmüdafiəçi premyer-liqanın “Şeffild Yunayted” ilə oyununda (8:0) zədələnmişdi. Xatırladaq ki, Harvi “Nyukasl”a bu yay transfer olunub.

O, bu mövsüm premyer-liqanın 6 oyununda iştirak edib və 1 qol vurub.