“Goal” mövsümün rəmzi komandasını açıqladı

31.05.2022 19:07 497
Dünya futbolu
“Goal” nəşri Avropanın 5 aparıcı liqasında oynayan futbolçuların rəmzi komandasını tərtib edib.

"Football-plus.az" xəbər verir ki, son mövsüm ərzində göstərdiyi nəticələrə görə “11-liy”ə layiq bilinən oyunçular 5 klubun üzvləridi. Çempionlar Liqasının finalında qarşılaşan “Real” və “Liverpul” rəmzi komandada hrəyə 3 futbolçu ilə təmsil olunublar.

Qapıçı: Tibo Kurtua (Real).

Müdafiəçilər: Trent Aleksander-Arnold, Vircil van Diyk (hər ikisi “Liverpul”), David Alaba (Real), Teo Ernandes (Milan).

Yarımmüdafiəçilər: Rodri, Kevin de Bruyne (hər ikisi “Mançester Siti”), Məhəmməd Salah (Liverpul), Rafael Leau (Milan).

Hücumçular: Kərim Benzema (Real), Robert Levandovski (Bavariya).