Mövsümü erkən başa vurdu

26.02.2023 20:51 254
Dünya futbolu
Yulian Draksler həkimlərdən üzücü xəbər alıb.

Football-plus.az xəbər verir ki, PSJ-nin “Benfika”da icarə əsasında çıxış edən futbolçusu mövsümün sonuna qədər meydana çıxa bilməyəcək. Almaniya millisinin üzvü ayağından əməliyyat olunub. 29 yaşlı yarımmüdafiəçinin Parisə qayıtmayacağı, “Benfika”da bərpa prosesi keçəcəyi bildirilib.

Draksler bu mövsüm Portuqaliya klubunda bütün turnirlərdə 18 oyuna çıxıb və 2 qol vurub. Onun “Benfika” ilə icarə müqaviləsi bu mövsümün sonuna, PSJ ilə sözləşməsinin müddəti isə 2024-cü ilin yayına qədərdi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul