Donni van de Beekin “Mançester Yunayted”dən ayrılacağı gözlənilirdi.
"Football-plus.az" xəbər verir ki, o, artıq “Ayntraxt”ın sıralarındadı. Niderlandlı yarımmüdafiəçi Almaniya klubu ilə müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulan icarə müqaviləsi imzalayıb. Müqavilədə satınalma şərti də var. Frankfurt klubu bunun üçün mançesterlilərə 11 milyon avro ödəməlidi.
Van de Bek MY-yə 2020-ci ilin yayında 39 milyon avroya “Ayaks”dan keçib. O, bu mövsüm “qırmızı şeytanlar”ın heyətində yalnız 23 dəqiqə oynamaq imkanı qazanıb. Donninin İngiltərə klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdi.