İtaliya paytaxtında qaldı

9.07.2023 23:17 210
Dünya futbolu
Dieqo Lyorente daha bir mövsüm icarə əsasında “Roma”da qalacaq.

"Football-plus.az" xəbər verir ki, İtaliya klubu “Lids”in müdafiəçisi ilə icarə müqaviləsinin müddətini 2024-cü ilin iyun ayının sonuna qədər uzatmaq üçün razılaşıb.

29 yaşlı futbolçu 2022/2023 mövsümünün ikinci yarısında paytaxt klubunda 6 aylıq icarə əsasında çıxış edib. Müdafiəçi bütün turnirlərdə 12 matça çıxıb.

Qeyd edək ki, Lyorentenin “Lids”lə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.