“Qarabağ”ın Avropa Liqasının pley-offundakı rəqibi “Braqa” Portuqaliya çempionatında 15-ci turun oyununa çıxıb.
“Football-plus.az” xəbər verir ki, Artur Jorjenin komandası “Kas Pia”nı səfərdə 3:1 hesabıyla məğlub edib. Braqalılar qələbə toplarını son 11 dəqiqədə vurub. 79-cu dəqiqədə Banza, 88-ci dəqiqədə isə Salasar fərqlənib. “Braqa” oyunu bu heyətlə keçirib: Mateus, Borxa, Saatçı, Nyakate, Qomes, A.Orta (Salasar, 58), Moutinyo, Bruma (Lopeş, 89), Pitsi (Ruis, 58), R.Orta, Banza (Karvalyo, 80).
Bu qələbə ilə xalını 32-yə çatdıran “Braqa” 4-cü pillədəki mövqeyini qoruyub. İlk üç pillədə isə “Sportinq” (37), “Benfika” (36) və “Portu” (34) qərarlaşıb.
Yeri gəlmişkən, bombardirlər siyahısına da “Braqa”nın oyunçusu Banza 13 qolla başçılıq edir.
ORXAN