PSJ-nin sahibi olan “Qatar Sports Investments” (QSI) şirkəti növbəti əməliyyatı reallaşdırıb. Şirkət Portuqaliyanın “Braqa” klubunun həmsahibləri sırasına qoşulub.
QSI klubun səhmlərinin 21,67 faizini alıb. Şirkətin rəhbərliyi hesab edir ki, “Braqa” maliyyə və idman planında artım üçün potensiala malikdi. Yeni səhmdarlar “Braqa”nı Portuqaliyanın aparıcı klublarından birinə çevirməyi planlaşdırırlar. Qeyd edək ki, QSI 2011-ci ildən PSJ-nin sahibidi.