"Qarabağ"ın "Braqa" ilə oyunlarının başlama saatı

19.12.2023 10:00 293
Avropa Liqası
"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində Portuqaliya "Braqa"sına qarşı keçirəcəyi oyunların başlama saatı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisinin fevralın 15-də səfərdə keçirəcəyi matçı Bakı vaxtı ilə saat 00.00-da start götürəcək. Bir həftə sonra Bakıda oynanılacaq cavab qarşılaşması isə saat 21.45-də başlayacaq.

Qeyd edək ki, cütün qalibi Avropa Liqasında 1/8 finala vəsiqə əldə edəcək.