• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Napoli” sürprizə imkan vermədi

Çempionlar Liqası

15-12-2023, 23:0

Union – Real 2:3 (1:0)
Union (Berlin, Almaniya): Rönnov, Yuranoviç (Trimmel, 82), Yekkel (Bekker, 73), Knoxe, Leyte, Russiyon, Haberer, Xedira (Kral, 75), Qosens (Layduni, 75), Folland (Aaronson, 82), Berens.
Real (Madrid, İspaniya): Arrisabalaqa, Vaskes, Naço, Alaba (Rüdiger, 71), F.Qarsiya, Modriç, Valverde (Kroos, 46), Sebalyos (Pas, 90), Bellingem, Rodriqo (Dias, 80), Xoselu.
Qollar: Folland, 45+1 (1:0). Xoselu, 61 (1:1). Xoselu, 72 (1:2). Kral, 85 (2:2). Sebalyos, 89 (2:3).
Modriç 45-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Xedira, 35. Bellingem, 35. Alaba, 55. Layduni, 76 – sarı.
Hakim: Rade Obrenoviç (Sloveniya)
12 dekabr. Berlin. 73420 tamaşaçı.
oyunun statistikası
7 (5) qapıya (“çərçivə”yə) zərbə 23 (9)
3 künc zərbəsi 8
1 ofsayd 0
10 qayda pozuntusu 5
2 (0) sarı (qırmızı) vərəqə 2 (0)
29 topa sahibolma (faizlə) 71

"Football-plus.az" xəbər verir ki, oyun Madrid nəhəngi üçün prinsipial əhəmiyyət daşımadığından, Ançelotti, gözlənildiyi kimi, heyətdə müəyyən rotasiyaya əl atmışdı. Böyük üstünlüyə malik olmasına rəğmən, fürsətləri boşa verən “Real” fasilə ərəfəsinə bir komandanın başına gələcək biləcək ən böyük şanssızlığı yaşadı. Əvvəlcə qapıçı Rönnov Modriçin penalti zərbəsini ayağı ilə dəf etdi. Cavab hücumundaca Follanda “Union”u hesabda önə keçirməklə 70 mindən artıq azarkeşi ayağa qaldırdı! Amma belə vəziyyətlərdən çıxmağı bacardığını dəfələrlə göstərən “Kral klubu” ikinci hissədə vəziyyəti öz xeyrinə dəyişməyi bacardı. Hissənin ortalarında heç də həmişə start heyətində oynamayan Xoselu 11 dəqiqə aralığında başla iki qol vuraraq qəhrəmana çevrildi. Qrupun digər matçında “Braqa” məğlub durumda olduğu üçün “Union” həvəsdən düşmədi. Berlinlilər qələbə təqdirində 3-cü yeri tutacaqdılar. 85-ci dəqiqədə Kral gözlənilmədən hesabı bərabərləşdirdi. Maraqlıdı ki, Çexiya yığmasının üzvü buna qədər klub karyerasında son qolu 2019-un martında vurmuşdu. “Union” möcüzəyə inanaraq irəli atılsa da, son sözü yenə də “Real” söylədi. Son dəqiqədə Sebalyos yerlə uzaq küncü dəqiq nişan alaraq “Olimpiyaştadion”u şoka saldı. Ançelotti “Real”ın başında ÇL-də 56-cı oyunda 42-ci qələbəyə sevindi. Bununla da italiyalı mütəxəssis klub tarixində bu turnirdə ən çox qələbə qazanan baş məşqçi oldu. Əvvəlki rekord 71 oyunda 41 qələbə qazanan Migel Munyosa məxsus idi. Onu da bildirək ki, “Real” 2014/15-dən bəri ilk dəfə ÇL-in qrupunu maksimum nəticə ilə başa vurdu.

Napoli – Braqa 2:0 (2:0)
Napoli (Neapol, İtaliya): Meret, Di Lorentso, Rrahmani, Jezus (Esteqor, 73), Natan, Zambo Angissa, Zelinski (Kayuste, 60), Lobotka (Qaetano, 69), Politano (Elmas, 60), Kvaratsxeliya, Osimhen (Raspadori, 60).
Braqa (Portuqaliya): Mateus, Qomes (Mendes, 81), Fonte, Sərdar Saatçı, Borxa, Salasar (Əl Musrati, 69), Moutinyo (A.Orta, 81), R.Orta (Lopes, 88), Bruma, Pitsi (Ruis, 46), Banza.
Qollar: Sərdar Saatçı, 9-öz qapısına (1:0). Osimhen, 33 (2:0).
Vərəqələr: Banza, 19. Mendes, 83 – sarı.
Hakim: Slavko Vinçiç (Sloveniya).
12 dekabr. Neapol. 37841 tamaşaçı.
oyunun statistikası
9 (6) qapıya (“çərçivə”yə) zərbə 19 (5)
5 künc zərbəsi 6
2 ofsayd 1
12 qayda pozuntusu 13
0 (0) sarı (qırmızı) vərəqə 2 (0)
51 topa sahibolma (faizlə) 49

Bu oyunda böyük intriqa var idi. “Braqa” qalib gələcəyi təqdirdə tarixində ilk dəfə ÇL-in pley-offuna vəsiqə qazana bilərdi. Amma İtaliya çempionu rəqibə göz açmağa imkan vermədi. “Napoli” mövsümü o qədər də inamlı keçirməsə də, konkret bu matça çox yaxşı kökləndi. Türkiyəli müdafiəçi Sərdar Saatçının erkən avtoqolu qonaqları çətin duruma saldı. Fasiləyə qədər Neapol təmsilçisi daha bir qol vurmağa müvəffəq oldu. Osimhen 2023-cü ildə bütün turnirləri nəzərə almaqla 28-ci qolunu vurdu. O, bu göstəricidə A seriyasında top qovanlar arasında yalnız Lautaro Martinesdən geri qalır. Bəlkə də “Braqa” fərqi azaltsaydı, matçın sonluğu daha maraqlı və intriqalı alınardı. Amma Meret sona qədər də qapısını toxulmaz saxladı. Beləliklə, “Napoli” ardıcıl 3-cü dəfə ÇL-in qrup mərhələsi səddini aşaraq pley-offda oynamaq imkanı qazandı. Komanda 2019/20 və 2022/23-də də bu uğura nail olmuşdu. “Braqa” isə “Real”ın da köməyi ilə qrupu 3-cü pillədə tamamladı və çıxışını AL-də davam etdirəcək.

1. Real 6 6 0 0 16-7 18
2. Napoli 6 3 1 2 10-9 10
3. Braqa 6 1 1 4 6-12 4
4. Union 6 0 2 4 6-10 2

Oyundan sonra...
Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Çox qəribə bir oyun izlədik. İlk 40 dəqiqə ərzində oyuna tam nəzarət edirdik. Sonra 2 dəqiqə ərzində hər şey 180 dərəcə dəyişdi və işimiz çətinləşdi. İkinci hissədə daha effektli oynamağa çalışdıq. Cinah asmalarına yönəldik. Çünki irəlidə başla yaxşı oynaya bilən futbolçumuz var. Xoselu ümidlərimizi doğruldaraq 2 qol vurdu. Bizim üçün vacib futbolçu olduğunu göstərdi. Belə sıx müdafiə olunan rəqiblərlə görüşlərdə onun özəllikləri işimizə yarayır. Sebalyos da bu qolu vurmağa layiq idi. Son vaxtlar işləri yaxşı getmirdi və çətin sınaqlardan keçməli oldu. Bellingem çox lazımsız sarı vərəqə aldı. Valverde son vaxtlar çox yükləndiyi üçün onu fasilədə əvəzlədim”.

Nenad Byelitsa, “Union”un baş məşqçisi: “Rəqib bizi çox hərəkət etməyə, topsuz qaçmağa vadar etdi. Amma öz oyunumuzla səviyyə baxımından onlardan çox da geri qalmadığımızı göstərdik. Son anlarda qələbə bizə də qismət ola bilərdi. Amma 3-cü qolu onlar vurdu. Artıq bütün diqqətimizi bundesliqaya yönəldəcəyik. Ümid edirəm ki, “Real”a qarşı sərgilədyimiz futbol bizi psixoloji cəhətdən ruhlandıracaq”.

Valter Matsarri, “Napoli”nin baş məşqçisi: “Qol buraxmamaq bizim üçün çox vacib idi. Çünki qol buraxsaq, işimiz çətinləşəcəkdi. Əvvəlki oyunlarda məhz müdafiədə etibarlı təsir bağışlamamışdıq. Bu dəfə isə daha balanslaşdırılmış futbol sərgilədik. Komandamın çıxışından razı qaldım”.

Artur Jorje, “Braqa”nın baş məşqçisi: “Bəlkə də sözlərim təəccüblü görünəcək. Çünki məğlub olduq. Amma bu qrupda növbəti yaxşı oyunumuzu keçirdik. Sadəcə, qol fürsətlərindən daha yaxşı yararlanan komanda qalib gəldi. “Napoli” əlinə düşən şanslardan çox effektli şəkildə fayadalandı. İkinci hissədə taktikanı dəyişərək iki hücumçu ilə oynamağa başladıq. Amma “Napoli” İtaliya futbolunu yaxşı təmsil edərək müdafiədə çox etibarlı təsir bağışladı”.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

5-10-2023, 23:0

Bellingemdən növbəti qol, “Real”dan növbəti qələbə

Çempionlar Liqası

24-09-2023, 12:0

Favoritlərdən çətin qələbələr

Dünya futbolu / Manşet

13-08-2022, 11:0

“Real” - “Ayntraxt” oyununda qeydə alınan maraqlı faktlar

Reportaj / Çempionlar Liqası

17-04-2023, 21:0

“Çelsi” “Bernabeu”dan sərfəli nəticə ilə qayıda bilmədi - REPORTAJ

Çempionlar Liqası

8-10-2023, 18:0

Favoritlərdən əzmkar qələbələr - TƏHLİL

Dünya futbolu

27-01-2023, 15:0

"Union"dan iki transfer

Aktual
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Son xəbərlər
  • Bu gün, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Bu gün, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Daha çox
Oxunub: 193
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 182
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 117
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə