• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bellingemdən növbəti qol, “Real”dan növbəti qələbə

Çempionlar Liqası

5-10-2023, 23:0

C qrupu
Napoli – Real 2:3 (1:2)
Napoli (Neapol, İtaliya): Meret, Di Lorentso, Estiqor, Natan, Olivera (Rui, 88), Lobotka (Kayuste, 88), Zambo-Angissa (Simeone, 88), Zelinski (Raspadori, 75), Politano (Elmas, 70), Kvaratsxeliya, Osimhen.
Real (Madrid, İspaniya): Kepa, Karvaxal, Rüdiger, Naço, Kamavinqa (Mendi, 64), Çuameni, Valverde, Kroos (Modriç, 64), Bellingem, Rodriqo (Xoselu, 75), Vinisius (Sebalyos, 84).
Qollar: Estiqor, 19 (1:0). Vinisius, 27 (1:1). Bellingem, 34 (1:2). Zelinski, 54-p. (2:2). Meret, 78-öz qapısına (2:3).
Vərəqələr: Kamavinqa, 29. Natan, 45. Bellingem, 70. Kepa, 89 – sarı.
Hakim: Kleman Turpen (Fransa)
3 oktyabr. Neapol. 51649 tamaşaçı.
oyunun statistikası
17 (7) qapıya (“çərçivə”yə) zərbə 18 (5)
9 künc zərbəsi 9
0 ofsayd 1
9 qayda pozuntusu 12
1 (0) sarı (qırmızı) vərəqə 3 (0)
49 topa sahibolma (faizlə) 51

"Football-plus.az" xəbər verir ki, ilk turu qələbə ilə başa vuran qrupun liderlərinin dueli ümidləri artıqlamasıyla doğrultdu. Hücum etməyi xoşlayan iki komandanın mübarizəsi ortaya baxımlı futbol çıxardı. “Kral klubu” üstünlüyə malik olsa da, hesabı neapollular açdı. Künc zərbəsindən sonra Kepa çıxışda səhvə yol verdi. Natanın ilk baş zərbəsi tirdən dönsə də, Estiqor Karvaxalı qabaqlayaraq topu tora göndərdi. Amma “Real”ın heyətində növbəti dəfə Bellingem səhnəyə çıxdı. Yeni transfer olunmasına baxmayaraq, sanki uzun illərdi “Real”da top qovan gənc ingiltərəli yarımmüdafiəçi əvvəlcə topu rəqibdən oğurlayaraq Vinisiusun fərqlənməsinə şərait yaratdı. Vinisius ÇL-də 16-cı qolunu vurmaqla “Real”ın heyətində bu turnirdə ən məhsuldar braziliyalı futbolçuların siyahısına başılıq edən Robreto Karlosa çatdı. Çox keçmədən Bellingem mükəmməl reyd edərək yolüstü bir neçə rəqibdən sıyrıldı və topu uzaq küncə göndərdi. Bellingem Kristian Karambe (1998) və Kriştiano Ronaldodan (2009) sonra “Real”ın heyətində ilk iki ÇL matçında qol vuran cəmi 3-cü futbolçu oldu. “Napoli” 2-ci hissədə olduqca şübhəli penalti sayəsində geri döndü. Amma son sözü yenə də qonaqlar söylədi. 78-ci dəqiqədə Valverdenin mükəmməl zərbəsi zamanı top əvvəlcə tirə, sonra da qapıçı Meretə dəyərək tora daxil oldu. Ona görə də qol avtoqol kimi qeydə alındı. İtaliya təmsilçisinə qarşı ardıcıl 9-cu (!) qələbəsini qazanan “Real” qrupda vahid liderliyi ələ keçirdi.

Union – Braqa 2:3 (2:1)
Union (Berlin, Almaniya): Rönnov, Yuranoviç, Duxi, Bonuççi, Leyte, Qosens (Russiyon, 86), Kral, Tuzar (Layduni, 63), Haberer (Aaronson, 81), Bekker, Berens (Folland, 63).
Braqa (Portuqaliya): Mateus, Mendes (Kaştro, 86), Niakate, Sərdar Saatçı, Borxa (Marin, 73), Əl Musrati, Salasar (Moutinyo, 73), Calo (Ruis, 83), Orta (Karvalyo, 83), Bruma, Banza.
Qollar: Bekker, 30 (1:0). Bekker, 37 (2:0). Niakate, 41 (2:1). Bruma, 51 (2:2). Kaştro, 90+4 (2:3).
Vərəqələr: Bonuççi, 13. Orta, 13. Banza, 46. Leyte, 54. Salasar, 72. Yuranoviç, 90+5 – sarı.
Hakim: Srcan Yovanoviç (Serbiya).
3 oktyabr. Berlin. 73445 tamaşaçı.
oyunun statistikası
12 (4) qapıya (“çərçivə”yə) zərbə 12 (6)
5 künc zərbəsi 5
9 ofsayd 1
12 qayda pozuntusu 10
3 (0) sarı (qırmızı) vərəqə 3 (0)
39 topa sahibolma (faizlə) 61

Tarixində ilk dəfə ÇL-də oynayan “Union” UEFA-nın qərarı ilə ev matçını öz meydanında yox, əzəli rəqib “Herta”nın stadionu sayılan “Olimpiaştadion”da keçirmək məcburiyyətində qalmışdı. 70 mindən çox azarkeş dəstəyinə malik olan berlinlilər üçün hər şey ideal başladı. Kapitan Bekker ilk yarının ortalarında dubl edərək yerli fanatlara böyük sevinc yaşatdı. Amma “Union” üçün sevincli anlar 37-ci dəqiqədən sonra başa çatdı. “Braqa” özündə güc taparaq mərkəz müdafiəçisi Niakate və vinger Brumanın qolları ilə artıq 51-ci dəqiqədə hesabı bərabərləşdirdi. Potuqaliya təmsilçisi psixoloji üstünlüyü ələ alsa da, uzun müddət başqa qol olmadı və hər şey bərabərliyə doğru gedirdi. Amma əzmkar “Braqa” 1 xalla kifayətlənməyərək son saniyələrdə qələbə qolunu da vurdu! 90+4-cü dəqiqəni artıq “Union” üçün lənətlənmiş saymaq lar. Çünki komanda ilk turda “Bernabeu” səfərində də məhz həmin dəqiqədə qol buraxaraq uduzdu! Bu, həm də paytaxt təmsilçisinin rəsmi matçlarda ardıcıl 6-cı məğlubiyyəti oldu.

1. Real 2 2 0 0 4-2 6
2. Napoli 2 1 0 1 4-4 3
3. Braqa 2 1 0 1 4-4 3
4. Union 2 0 0 2 2-4 0
24 oktyabr: Braqa – Real, Union – Napoli.

Oyundan sonra...
Rudi Qarsiya, “Napoli”nin baş məşqçisi: “Fikrimcə, heç-heçə daha ədalətli nəticə olardı. Amma futbol məhz belə oyundu. Çox güclü bir rəqiblə, demək olar, eyni səviyyyədə oynadıq. Səhv futbolun ayrılmaz hissəsidi. Ona görə də oyunçularımı günahlandırmaq istəmirəm. Onlar əllərindən gələni etdilər. Hesab 1:1 olduqdan sonra hücuma çox aludə olduq. Ona görə də müdafiəmizdə boşluqlar yaranmağa başladı. Bu dərəcədə hücuma atılmaq lazım deyildi. İkinci hissədə komandamın göstərdiyi reaksiya xoşuma gəldi. “Real” qələbə qolunu künc zərbəsindən sonra vurdu. Həmin künc zərbəsindən öncə “Real”ın oyunçusu qaydanı pozmuşdu. Amma hakimin fiti susdu. Ançelotti penaltiyə görə narazılıq edirsə, biz də bu epizoddan narazılıq edirik”.

Karlo Ançelotti, ''Real''ın baş məşqçisi: “Napoli”nin belə oynayacağını və bizə problem yaradacağını bilirdik. Çünki onların heyətində yüksək səviyyəli futbolçular heç də az deyil. Amma onları üstələməyi bacardıq. Yekun nəticənin ədalətli olduğunu düşünürəm. İlk yarıda Bellingem, Valverde və Rodriqo tez-tez mövqelərini deyişirdilər. Bu da “Napoli”yə problem yaradırdı. Bizə isə əlavə üstünlük verirdi. Qapımıza təyin olunan penaltinin yanlış olduğunu düşünürəm. Çünki top Naçonun özündən gələrək onun əlinə dəydi. Əli kəsib atmaq mümkün deyil. Qaydalara görə top oyunçunun öz bədənindən gələrək əlinə dəyirsə, penalti verilməməlidi”.

Urs Fişer, “Union”un baş məşqçisi: “Hər şey bizim üçün yaxşı başlamışdı. 2 top fərqi ilə öndəydik. Üstəlik “Braqa”nın hücumları təhlükəli alınmırdı. Amma həm fasilədən öncə, həm də fasilədən dərhal sonra qollar buraxdıq. 3-cü qolu biz vurmalıydıq. Çünki 3 gözəl fürsət yaxaladıq. Əvəzində bunu rəqib etdi. Bu qol psixoloji cəhətdən bizi öldürdü. Amma reallıq məhz belədi və onu qəbul etməliyik. Fanatlarımız mükəmməl olsa da, oyundan xalsız ayrılmaq məcburiyyətində qaldıq. Artıq digər hədəflərə köklənməliyik”.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

24-09-2023, 12:0

Favoritlərdən çətin qələbələr

Dünya futbolu / Reportaj

17-04-2023, 22:0

“Milan”dan minimal hesablı qələbə - REPORTAJ

Dünya futbolu

17-06-2023, 16:0

Yalnız “Real”la “Barselona”nın oyunçuları…

Reportaj / Çempionlar Liqası

17-04-2023, 21:0

“Çelsi” “Bernabeu”dan sərfəli nəticə ilə qayıda bilmədi - REPORTAJ

Dünya futbolu / Reportaj

12-05-2023, 15:0

Qalib Mançesterdə müəyyənləşəcək - REPORTAJ

Dünya futbolu / Manşet

13-08-2022, 11:0

“Real” - “Ayntraxt” oyununda qeydə alınan maraqlı faktlar

Aktual
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
“Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
Son xəbərlər
  • Bu gün, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Bu gün, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Bu gün, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Bu gün, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Bu gün, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Bu gün, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Bu gün, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Bu gün, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Bu gün, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Bu gün, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Bu gün, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Bu gün, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Bu gün, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Bu gün, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Bu gün, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Bu gün, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Bu gün, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Bu gün, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 102
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə