“Braqa” növbəti mövsümə yeni baş məşqçi ilə başlayacaq. Karluş Karvalyal bu vəzifəni tərk edib.
"Football-plus.az" Portuqaliya klubu ona yeni müqavilə təklif etsə də, 56 yaşlı mütəxəss karyerasını başqa komandada davam etdirmək istəyib. Karvalyal “Braqa”nı 2020-ci ilin avqustundan çalışdırıdı. Onun rəhbərliyi altında 2021-ci ildə Portuqaliya kubokunu qazanan komanda yenicə sona çatan mövsümü 4-cü yerdə başa vurub.
Karvalyalın yerinə klubun 2-ci komandasının çalışdırıcısı Artur Jorje təyinat alıb. Onunla ikiillik müqavilə bağlanılıb.