Klubunda hamını arxada qoydu

30.12.2023 10:29 179
Dünya futbolu
“Real”da dekabrın ən yaxşı oyunçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyada Braim Dias qalib gəlib. O, klubun saytında azarkeşlər arasında keçirilən səsəvermədə 1-ci yeri tutub. 24 yaşlı oyunçu dekabrda bütün turnirlərdə 5 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Dias “Real”a 2019-cu ildə transfer olunub. İspaniyalı yarımmüdafiəçi 2020-ci ildən bu ilin iyununa kimi “Milan”da icarə əsasında oynayıb.