“Real”da hamını arxada qoydu

21.10.2023 22:49 188
Dünya futbolu
“Real”da sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, İspaniya klubunun saytında azarkeşlər arasında keçirilən sorğuda Cud Bellingem qalib gəlib.

O, sentyabrda bütün turnirlərdə 5 oyuna çıxıb və 3 qol vurub.