Ris Ceymsin aqibəti məlum olub.
“Çelsi”nin kapitanı uzun müddət futbol oynaya bilməyəcək. İngiltərə klubunun mətbuat xidmətinin yaydığı xəbərə görə, 24 yaşlı müdafiəçi Finlandiyada əməliyyat olunub. Ris təxminən 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq.
Xatırladaq ki, Ceyms premyer-liqanın 16-cı turunun “Everton”la oyununda (0:2) bud nahiyəsindən zədə almışdı.