Frenki de Yonqun son durumu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, “Barselona”nın zədəli futbolçusu bir müddət futbol oynaya bilməyəcək.
La Liqanın 6-cı turunun “Selta” ilə matçında (3:2) topuğundan zədələnən niderlandlı yarımmüdafiəçi müəyyən müddətdə meydana çıxa bilməyəcək. “AS” nəşri onun təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacağını yazıb. Qeyd edək ki, De Yonq bu mövsüm meydana çıxdığı 6 matçda 1 qol vurub.