3 ay “istirahət edəcək”

14.12.2023 20:30 161
Dünya futbolu
“Çelsi”nin müdafiəçisi Ris Ceymsin son durumu açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, premyer-liqanın 16-cı turunun “Everton”la oyununda (0:2) zədə alan ingiltərəli futbolçu tibbi müayinədən keçib. Yerli mətbuatı məlumatına görə, bud nahiyəsindən xəsarət alan futbolçu təxminən 3 ay mart ayına qədər meydana çıxa bilməyəcək.

Ceyms bu mövsüm “Çelsi”nin heyətində 9 oyun keçirib.