Paytaxt klubunda yeni müqavilə

21.12.2023 19:15 178
Dünya futbolu
Presnel Kimpembe PSJ ilə müqaviləsini yeniləyib.

“Football-plus.az” xəbər verir ki, paytaxt klubunun saytının məlumatına görə, fransalı müdafiəçi ilə müqavilənin müddəti 2026-cı ilin iyununa kimi uzadılıb. Kimpembe PSJ-nin yetirməsidi. 28 yaşlı futbolçu 2015-ci ilin yayında oynamağa başladığı akademiyadan əsas komandaya qədər yol qət edib.

Kimpembe bu ilin fevralında “Marsel” ilə matçda (0:3) sağ daban vətərinin qırılması səbəbindən bu mövsüm meydana çıxmayıb.