İspaniya klubunda yeni müqavilə

27.06.2023 17:32 222
Dünya futbolu
“Sevilya” Nemanya Qudel ilə müqaviləni yeniləyib.

"Football-plus.az" xəbər verir ki, müdafiəçi ilə 2019-cu ilin yayında bağlanan müqavilənin müddəti üçilliyə uzadılıb.

Beləliklə, Qudel komandada 2026-cı ilin yayına qədər çıxış edəcək.

Qeyd edək ki, 31 yaşlı Nemanya ötən mövsüm La Liqada meydana çıxdığı 34 matçda 3 qol vurub.