PSJ-nin zədəli futbolçusu Presnel Kimpembenin aqibəti məlum olub.
Football-plus.az xəbər verir ki, 27 yaşlı müdafiəçi Liqa 1-in 25-ci turunun “Marsel”lə matçında (3:0) sıradan çıxmışdı. Komandanın baş məşqçisi Kristof Qaltyenin sözlərinə görə, Fransa millisinin müdafiəçisinin zədəsi ciddidi. Presnel mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Kimpembe bu mövsüm PSJ-nin heyətində 15 matçda iştirak edib.