Paytaxt klubunda yeni müqavilə

26.06.2023 21:52 234
Dünya futbolu
“Roma” Andrea Belotti ilə müqaviləni yeniləyib.

“Football-plus.az” xəbər verir ki, paytaxt klubunun saytının məlumatında hücumçu ilə 2022-ci ilin yayında bağlanan və bir il üçün nəzərdə tutulan müqavilənin müddətinin ikiilliyə uzadıldığı bildirilib. Beləliklə, Belotti komandada 2025-ci ilin yayına qədər çıxış edəcək.

Qeyd edək ki, Andrea ötən mövsüm bütün turnirlərdə meydana çıxdığı 31 matçda 2 məhsuldar ötürmə edib.