Paytaxt klubunda yeni müqavilə

22.08.2023 20:32 238
Dünya futbolu
“Latsio” Danilo Kataldi ilə müqaviləni yeniləyib.

"Football-plus.az" xəbər verir ki, paytaxt klubunun saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi ilə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan sözləşmə imzalanıb.

Kataldi “Latsio”nun yetirməsidi. 2013-cü ildən əsas komandada çıxış edir. O, ötən müddətdə icarə əsasında “Krotone”, “Cenoa” və “Benevento”da da oynayıb.