Nəhayət, Tomas Müller ilə bağlı məsələ həllini tapıb.
"Football-plus.az" xəbər verir ki, “Bavariya” rəhbərliyi hücumçu ilə yeni müqavilə mövzusunda razılığa gəlib. Almaniya mətbuatı məlumat yayıb. Almaniyalı futbolçu və klub əməkdaşlığı 2024/25 mövsümünün sonuna qədər davam etdirəcək. Münhen klubu yaxında bu haqda rəsmi məlumat yayacaq.
Qeyd edək ki, Müller 16 ildi “Bavariya”da oynayır. O, bu mövsüm komandada bütün turnirlərdə 15 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib. 33 yaşlı futbolçunun klubu ilə hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdi.