Tomas Müller “Bavariya”da yeni rekordun müəllifi olub.
O, buna Almaniya çempionatının ilk turunun “Verder” ilə oyununda (4:0) iştirak etməklə nail olub. Meydana 84-cü dəqiqədə çıxan 33 yaşlı yarımmüdafiəçi ardıcıl 16 mövsüm bundesliqada oynamaqla Münhen klubunda yeni rekord müəyyən edib.
Müller “Bavariya”nın yetirməsidi. O, bu komanda ilə bundesliqada 443 oyuna çıxıb və 144 qol vurub.