Nəhayət, Tomas Müller ilə bağlı suala aydınlıq gəlib.
O, karyerasını doğma klubunda davam etdirəcək. 32 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə müqavilənin müddəti 2024-cü ilin iyununa qədər uzadılıb.
Qeyd edək ki, alman futbolçu “Bavariya”nın yetirməsidi. Tomas 2008-ci ildən əsas komandada çıxış edir. O, indiyədək münhenlilərin heyətində bütün turnirlərdə 624 oyuna çıxıb, komandaya 226 qol və 242 məhsuldar ötürmə ilə faydalı olub. Müllerin bu mövsüm bundesliqada 30 oyuna 7 qol vurub 17 məhsuldar ötürmə etdiyini də bildirək.