Lunyovun seyvi Avroliqanın ən yaxşıları arasında

19.12.2023 11:12 195
Avrokuboklar
Bu mövsüm Avropa Liqasının qrup mərhələsində mübarizə aparmış komandaların qapıçılarının etdiyi ən yaxşı seyvlər açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Avropa Liqasının "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Ən yaxşı qurtarışlar arasında "Qarabağ"ın qapıçısı Andrey Lunyovun qrup mərhələsinin 6-cı turunda "Hekken"lə görüşdə etdiyi seyv də yer alıb.

Qeyd edək ki, bu matçda Ağdam təmsilçisi 2:1 hesablı qələbə qazanmışdı. "Qarabağ" qrup mərhələsini 10 xalla 2-ci pillədə başa vuraraq pley-offa adlayıb.Qurban Qurbanovun komandası pley-offda Portuqaliya "Braqa"sı ilə üz-üzə gələcək.