"Qarabağ" Avroliqanın ilk "10-luğ"unda

4.10.2023 16:37 237
Avropa Liqası
UEFA bu mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların siyahısını hazırlayıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Avropa Liqasının sosial şəbəkə hesablarında paylaşım edilib. Siyahı tərtib edilərkən komandaların yerli çempionatdakı və Avropa Liqasındakı son 5 oyunu nəzərə alınıb.

10 klubun yer aldığı siyahıda "Qarabağ" da var. Keçirdiyi son 5 matçda 4 qələbə qazanan və 1 dəfə məğlub olan Ağdam klubu 5-cidi.

"Qarabağ"ın Avroliqanın qrup mərhələsindəki rəqiblərindən "Bayer-04" sıralamada liderdi. (4 qələbə, 1 heç-heçə). H qrupunun digər iştirakçılarından Norveç "Molde"si isə 10-cu sıradadı (3 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət).