UEFA siyahı tərtib etdi, "Qarabağ" ən yaxşılar arasında yer aldı

13.09.2022 18:03 4 379
Manşet / Avropa Liqası
Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların siyahısını açıqlayıb.

Football-plus.az turnirin "tvitter" hesabına istinadən xəbər verir ki, ölkə çempionatı və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunan "10-luq"da "Qarabağ" da yer alıb. Ağdam təmsilçisi 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" Misli premyer-liqasında keçirdiyi 5 oyunda da qalib gəlib. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Avroliqanın qrup mərhələsinin ilk turunda isə "Frayburq"a 1:2 hesabı ilə uduzub.