Avropa Liqası “Qarabağ”la bağlı paylaşım etdi

17.10.2023 10:00 212
Ölkə futbolu / Avropa Liqası
Avropa Liqası “X“ sosial şəbəkəsindəki hesabında “Qarabağ”la bağlı paylaşım edib.

“Football-plus.az” xəbər verir ki, paylaşımda “emosiya” sözü yazılıb və “Qarabağ”ın oyunçularının fotosu yer alıb.

Qeyd edək ki, "Qarabağ" oktyabrın 5-də Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda II turda İsveçdə "Hakken"in qonağı olub. “Ullevi” stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0. Ağdam klubu xallarının sayını 6-ya çatdırıb.

“Qarabağ”la “Bayer-04” arasında oyunlar oktyabrın 26-da Leverkuzendə, noyabrın 9-da isə Bakıda keçiriləcək.