UFC versiyası üzrə iki çəki dərəcəsində sabiq çempion – irlandiyalı Konor Makqreqor növbəti döyüşü yazda keçirəcək, o, artıq gündəlik məşqləra başlayıb:
“Növbəti döyüşə yazda çıxacam. Hazırda aktiv çalışma mərhələsində deyiləm, ancaq dopinq-test verirəm, hər gün məşq edirəm. Rəqib? Maykl Çendler idi, o da olacaq”.
Konor həmçinin özünü İrlandiya prezidenti postuna mümkün namizəd kimi də dəyərləndirib:
“Mən yaxşı prezident olardım, ancaq hələ ki namizədliyimi irəli sürüb-sürməyəcəyimlə bağlı qərar verməmişəm”.
İdmançı bir neçə gün əvvəl ölkə prezidenti vəzifəsinə seçkidə iştirakını istisna etməmişdi. İrlandiyalı MMA çərçivəsində keçirdiyi 28 döyüşün 22-də qalib gəlib, 6-da uduzub. Sonuncu döyüşünü 2021-ci ilin iyulunda Dastin Poryeyə qarşı keçirib və ayağını zədələdiyinə görə texniki nokautla barışmalı olub.