UFC versiyası üzrə iki çəki dərəcəsində sabiq çempion, irlandiyalı Konor Makqreqor sosial şəbəkədəki birbaşa efir zamanı növbəti döyüşünü nə vaxt keçirəcəyi haqda danışıb:
“2023-ün əvvəlində qayıdacağıma ümid edirəm – hardasa birinci kvartalda. Qoy bir neçə ay da keçsin, məşqlərə başlayacam. Hazırda çəkim nə qədərdi? Təxminən 265 funt (102,20 kq – red.). İndi çox ağıram”.
Oktaqonda keçirdiyi döyüşlərin 22-də qələbə qazanan, 6-da uduzan Makqreqor soncu dəfə ötən ilin iyulunda döyüşüb. Ötən ilin iyulunda keçirilən həmin döyüşün hələ 1-ci raundunda ayağı qırılan irlandiyalı texniki nokautla uduzub.