Makqreqor Çendlerlə döyüşəcək

13.12.2022 18:18 281
İdman
İki çəki dərəcəsində sabiq UFC çempionu Konor Makqreqor növbəti döyüşü Maykl Çendlerə qarşı keçirəcək.

Football-plus.az xəbər verir ki, bu haqda xəbəri ESPN-in əməkdaşı Çarli Moynihan “tvitter” səhifəsində yayıb. 36 yaşlı amerikalı əvvəllər 34 yaşlı irlandiyalını dəfələrlə döyüşə çağırıb.

Çendler son 4 döyüşün üçündə uduzub. Noyabrda Dastin Porye onu boğucu fəndlə məğlub edib. Makqreqor da son 4 döyüşün üçündə məğlubiyyətlə barışıb. Həmin döyüşlərin ikisində - 2021-in yanvarında və iyulunda rəqib Porye olub.