Makqreqor – Çendler döyüşü 2023-də olmayacaq

23.08.2023 14:33 239
İdman
UFC prezidenti Dana Uayt jurnalistlərin Maykl Çendler (23-8) ilə iki çəki dərəcəsində sabiq çempion Konor Makqresor (22-6) arasında döyüşün nə vaxt ola biləcəyi ilə bağlı sualını cavablayıb.

"Football-plus.az"ın məlumatına görə, Uayt bildirib ki, bu il döyüş baş tutmayacaq:

“Konorla Çendlerin döyüşü gələn ilin əvvəlində keçiriləcək”.


Makqreqorla Çendlerin “The Ultimate Fighter 31” şousunda məşqçilərdən olduğunu nəzərinizə çatdırmışdıq. Qaydaya görə mövsümün sonunda onlar da bir-biri ilə döyüşməlidi. Bununla belə, Makqreqor Çendlerlə döyüşdən əvvəl 6 ay ərzində dopinq-testdən keçməlidi.