Xabi Alonsonun aqibəti qismən müəyyənləşib.
Şayiələrə baxmayaraq, o, “Bayer-04”dəki işini tezliklə itirməyəcək. Almaniya klubunun rəhbərliyi ispaniyalı mütəxəssisin komandanı azı ilin sonuna qədər çalışdırmasını zəruri sayır. Alonso Leverkuzen klubuna oktyabrın əvvəlində təyinat alıb. Onun “Bayer-04” ilə bağladığı müqavilənin müddəti 2024-cü ilin yayınadək nəzərdə tutulub.