“Məsələ ondadı ki, "Neftçi" həmişə yaxşı məşq edir” – azarkeşlər sabah nə gözləyir?

17.12.2023 20:51 338
Premyer-liqa / Manşet
Misli premyer-liqasında 17-ci tura Azərbaycan derbisiylə yekun vurulacaq.

Yəni "Qarabağ" sabah əzəli rəqibi "Neftçi"ni sınağa çəkəcək. Ardıcıl qələbələrdən sonra düşərgəsində bayram ab-havası olan "köhlən atlar"ın uğurlu seriyaya davam edib-etməyəcəyi maraqlıdı. Yoxsa bakılılar ağdamlıların əhvalını korlayacaq? Bu suallara sabah axşam saatlarında aydınlıq gələcək. "Ağ-qaralar"ın tərəfdarları matça necə hazırlaşır? Ümumiyyətlə, gözləntilər hansı yöndədi?

Bu suallarla "Neftçi"nin azarkeşlərlə əlaqələndiricisi Aqil Məmmədquliyevə müraciət etdik. Onun "Football-plus.az"a dedikləri:

"Qarabağ" hazırda oyun tempini tutub və çalışır ki, bunu itirməsin. Komandamızın məşqini izlədim. Gördüklərimə güvənərək deyə bilərəm ki, kollektiv matça çox ciddi hazırlaşır. Məsələ ondadı ki, "Neftçi" həmişə yaxşı məşq edir. Ümid edirəm ki, bu məşqdə gördüklərimizin meydanda da şahidi olacağıq. Yanaşmalar fərqli ola bilər, lakin biz azarkeş olaraq, əlimizdən gələn dəstəyi əsirgəməyəcəyik. İnanırıq ki, qalib biz olacağıq".


GÜNAY SÜLEYMANOVA